29.11.2019

“Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir

     Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibi Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbinin “Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir. Ucar şəhər 1 № li texniki və hümanitar təmayüllü məktəb- liseydə keçirilən təlimlərə ilkin olaraq son 4 ildə Ucar rayonunun ümumtəhsil məktəblərinə təyin olunmuş məktəblərinin direktorları və müavinləri cəlb olunublar.Növbəti mərhələdə isə digər məktəb direktorları və müavinləri təlimlərə cəlb olunmuşdurlar.

    Məlumat üçün bildiririk ki, artıq rayonun 30 məktəbi əhatə olunmaqla,55 nəfərdən çox direktor və müavin təlimlərə cəlb olunublar.Hazırda təlimlər davam edir. Layhənin icra müddəti  15 avqust 2019 -cu il tarixdən 16 dekabr 2019- cu il tarixə kimidir.


Açar sözlər: