29.11.2019

“Yol hərəkəti təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

    Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş”Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil nazirinin 28.01.2019-cu il tarixli, F-51 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planının müvafiq bəndlərinin həyata keçirilməsi məqsədilə Ucar rayonunun ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirilir.

    28 noyabr 2019-cu il tarixdə Ucar şəhər 2 və 3  nömrəli tam orta məktəblərində “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda tədbirlər həyata keçirilib.Şagirdlərin yol hərəkəti təhlükəsizliyinə dair bilgilərinin artırılması məqsədilə keçirilən tədbirdə Ucar RPŞ-nin nümayəndəsi,Rayon Təhsil Şöbəsinin əməkdaşları  məktəb rəhbərliyi,müəllim və şagird kollektivi iştirak edib.


Açar sözlər: