29.11.2019

“Bullinqə son"adlı tədbir keçirilib

    Noyabrın 28-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində  əlverişli  təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə 13.05.2019-cu il tarixli,F-260 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq Ucar rayon Qazyan kənd 3 nömrəli tam orta məktəbində UBTR-nin rəhbəri Aidə İsayevanın təşkilatçılığı, müəllim və şagirdlərin iştirakı ilə Bullinqə son"adlı tədbir keçirilib.Məktəbdə sağlam mənənvi-psixoloji mühitin sosial- emosional mühitin formalaşdırılması və təhlükəsiz mühitin yaradılması məqsədi ilə keçirilən silsilə tədbirlərin davamı olaraq anti-bullinq mövzusunda keçirilən bu  tədbirdə bullinq (qısnama, şiddət, məsxərə) haqqında,onun cəmiyyətimizin gələcəyi olan uşaqların psixoloji durumunda yaratdığı fəsadlardan,mənəvi baxımdan vurduğu zərbədən söhbət açılıb.Şağirdlər onlara verilən bullinq mövzusunda səhnəciklər və kompozisiyalarla çıxış ediblər.Sonda,,Mehriban olaq” mahnısı şagirdlərin ifasında səsləndirilib,dostluq,sədaqət,qayğı və mehribanlıq duyğularının aşılanması arzusu ilə təbdirə yekun vurulub.


Açar sözlər: