29.11.2019

İnşa müsabiqəsi keçirilib

    Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli,1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı”nın həyata keçirilməsi  üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin 28.08.2019-cu il tarixli ,F-516 nömrəli  əmrinin icrası ilə əlaqədar  Ucar rayonunun ümumtəhsil məktəblərində müvafiq tədbirlər davam etdirilir.Tədbirlərin davamı olaraq, noyabrın 29-da Ucar şəhər 3 nömrəli tam orta məktəbində Rayon Təhsil Şöbəsinin metodisti Rəna Qasımovanın təşkilatçılığı və VIII-XI sinif şagirdlərinin iştirakı ilə inşa müsabiqəsi keçirilib. “Narkomaniya – insanlığın bəlasıdır” mövzusunda keçirilən inşa müsabiqəsində cari ilin oktyabr ayında rayonun ümumtəhsil məktəblərində keçirilən məktəb mərhələsinin 45 nəfər qalib şagirdi iştirak edib. İnşa yazılarında məktəblilər mövzu üzrə düşüncələrini əks etdirmiş,narkomanlığın insan həyatına vurduğu zərərləri barədə maraqlı fikirlər irəli sürmüşlər.


Açar sözlər: