02.12.2019

Nəsimi 650

    30 noyabr  2019-cu il tarixdə Ucar şəhər 1nömrəli –texniki və humanitar fənlər təmayüllü məktəb-lisey və Ucar Rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.Tədbirdə məktəbin  və muzeyin bir qrup nümayəndəsi iştirak edib.Tədbirə qatılan VIIIq sinif şagirdlərin ifasında sairin həyatı və yaradıcılığı haqqında məlumat verilib,şeir və mahnılar ifa olunub,kompozisiyalar nümayiş etdirilib.

    Qeyd edək ki,  həmin tədbir şagirdlərin  “Rayonumuzu tanıyaq” devizi altında keçirilən növbəti ekskursiyasından sonra təşkil edilib.


Açar sözlər: