05.12.2019

“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhə çərçivəsində təlimlər başa çatıb

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibi Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbinin “Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatmışdır. Ucar şəhər 1 № li texniki və hümanitar fənlər təmayüllü məktəb- liseydə oktyabr ayı ərzində keçirilən təlimlərə ilkin olaraq son 4 ildə 10 ümumtəhsil məktəbindən 30  nəfər məktəb direktoru və müavini təlimlərə cəlb olunmuşdur.Növbəti mərhələdə isə digər məktəb direktor və müavinlərə təlimlər keçirilmişdir. Məlumat üçün bildirək ki, layihənin icrası çərçivəsində ümumuilikdə rayonun 43 ümumitəhsil məktəbindən 30 məktəb təlimlərə cəlb olunmuşdur. Bu məktəblərdən 55 nəfərdən çox direktor və müavin təlimlərdə iştirak etmiş, sonda iştirakçılar üçün  yekun qiymətləndirmə aparılmış və onlara sertifkatlar təqdim edilmişdir.

 

 


Açar sözlər: