06.12.2019

Rayon "Kiçik Akademiyası"nın “2018-2019-cu dərs ilinin yekunları  və qarşıda duran vəzifələr”mövzusunda konfransı keçirilib

    Dekabrın 5-də Ucar şəhər 1nömrəli məktəb-liseydə Təhsil Şöbəsi yanında  Rayon "Kiçik Akademiyası"nın “2018-2019-cu dərs ilinin yekunları  və qarşıda duran vəzifələr”mövzusunda konfransı keçirilib.Konfransda Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov,Təhsil Şöbəsinin əməkdaşı Rəna Qasımova,məktəb rəhbərləri,” Məktəb Kiçik Akademiyası”nın prezident və vitse-prezidentləri ,Şagird Elmi Cəmiyyətinin sədrləri iştirak ediblər.

    Konfransda ötən dərs ilində RKA-nın gördüyü işlər və qarşıda duran vəzifələr barədə hesabat verilib.RKA-nın yeni heyəti təsdiqlənib.Rayon Təhsil Şöbəsinin müdiri konfransda çıxış edərək rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən Kiçik Akademiyanını üzvlərinə  kiçik elmi işlərində  böyük uğurlar arzulayıb. Konfransın sonunda  keçən dərs ilində Respublika səviyyəli  müsabiqə və yarışlarda nailiyyətlər qazanmış şagirdlər Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları ilə təltif ediliblər.


Açar sözlər: