09.12.2019

İnşa müsabiqəsi keçirilib

    Dekabrın 7-də Ucar rayonunun 36 tam orta məktəbində ,o cümlədən şəhər 2,3,4,5,6 nömrəli ,Alpout kənd 1 nömrəli,Qazyan kənd 1,2,3,Qazıqumlaq kənd 1 nömrəli,Bağman,Boyat kənd tam orta məktəblərində “Lider Qadınlar” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının əməkdaşlığı və dəstəyi ilə “Azərbaycanda qadın haqları, milli və beynəlxalq hüquqları gənclərin gözü ilə”layihəsi üzrə inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə məktəblərin 10-11-ci sinif şagirdləri iştirak ediblər. Şagirdlər tərəfindən "Azərbaycan qadının ailə büdcəsinə verdiyi töhfə və onun milli iqtisadiyyata təsiri", "Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri", "Azərbaycan ailəsində uşaqların sayı və cinsinə dair qərarvermə", "Azərbaycan ailəsində qadınlara və qızlara qarşı zorakılığa münasibətiniz", "Azərbaycanın köçkün qadınlarının göstərdiyi şücaət", "Azərbaycanda qadının lider kimi formalaşmasına maneələr", "Azərbaycan qadının mətbuatdakı obrazına münasibətiniz" mövzularına müraciət edərək ,öz fikir və düşüncələrini ifadə ediblər.


Açar sözlər: