11.12.2019

Riyaziyyat gecəsi keçirilib

    Dekabrın 11-də Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbində "Əylənərək öyrənək" adlı riyaziyyat gecəsi keçirilib. Məktəbin müəllimi Həlimət Xudiyevanın təşkilatçılığı ilə hazırlanan tədbirdə məktəbin bir qrup müəllim və şagird kollektivi iştirak edib.Tədbirdə məktəbin riyaziyyat müəlimləri çıxış edərək riyaziyyat haqqında maraqlı məlumatlar veriblər.Həmçinin şagirdlər riyaziyyata aid məntiqli suallara cavab verib.Maraqlı səhnəciklər,mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.Məktəbin direktoru Rəhim Rəhimov sonda çıxış edərək belə tədbirlərin şagirdlərin dünyagörüşününün inkişafındakı əhəmiyyətindən danışaraq, fəal şagirdlərə hədiyyələr təqdim edib.


Açar sözlər: