12.12.2019

Açıq dərs keçirilib

    Dekabrın 11-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin14 avqust 2019-cu il tarixli,F-550 və 15 yanvar 2019-cu il tarixli,F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət planına uyğun müvafiq hədəflərin yerinə yetirilməsi  üzrə Ucar şəhər 5 nömrəli tam orta məktəbdə Tədbirlər planına uyğun olaraq kimya müəllimi Nigar Tağıyevanın 9a sinfində açıq dərsi təşkil edilib.Kimya laboratoriyasında keçirilən dərs zamanı şagirdlər tərəfindən alüminium xlorid turşusu ilə reaksiya,turşunun qələviliyinin təyini,süni vulkan,kalium permanqanatdan oksigenin alınması və sair sahələr üzrə təcrübələr aparıblar.”Kimyəvi reaksiyalar”mövzusunda  keçilən dərsdə əsas məqsəd şagirdlərdə tədiqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı  araşdırma tələb edən layihələrə qoşulması,kimyəvi hadisələr üzrə təcrübələrin aparılması olmuşdur.


Açar sözlər: