13.12.2019

"Əbədiyyət dastanı"adlı tədbir keçirilib

    Dekabrın 12-də Ucar Rayon Heydər Əliyev Mərkəzində  ümümmilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.Tədrbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı  Mənsur Məmmədov,Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov,hüquq-mühafizə orqanlarının rəhbərləri,məktəb rəhbərləri,bir qrup müəllim və şagird  kollektivi iştirak edib.Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Sonra tədbir Mərkəzin akt zalında davam etdirilib. Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb- liseyin kollektivinin təşkilatçılığı ilə hazırlanan "Əbədiyyət dastanı"adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Şagirdlərin ifasında səslənən hər bir çıxış iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.


Açar sözlər: