16.12.2019

Pedaqoji əməkdaşlıq

   Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş hədəflər baxımından ümumi təhsilin müasir tələblər səviyyəsində səriştəli idarə olunması və keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadiləsinin mühüm rolu ,yerli təhsili idarəetmə orqanları,ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri arasında qarşılıqlı etimada əsaslanan pedaqoji əlaqələrin əhəmiyyətini nəzərə alaraq 2019-2020-ci dərs ilində Ucar ,Ağdaş və Göyçay rayonlarının ümumtəhsil məktəbləri arasında pedaqoji əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulmuşdur.Belə ki,13dekabr 2019-cu il tarixdə Ağdaş rayonunda Ucar,Göyçay,Ağdaş rayonlarının yerli təhsili idarəetmə orqanlarının bir qrup əməkdaşı,məktəb direktoru və müəllimin iştirakı ilə görüş keçirilib.Görüş zamanı nümayəndələr Ağdaş rayonunun seçilmiş ümumtəhsil məktəblərində olmuş,onların qabaqcıl pedaqoji təcrübələri ilə tanış olmuş, şagird təlim nailiyyətlərinin yaxşlaşdırılmasında qazanılmış təcrübənin birgə müzakirəsi keçirilmişdır. Məktəbdaxili idarəetmədə məktəb rəhbərlərinin fəaliyyəti ilə tanış olmaqla yanaşı, məktəbdaxili qiymətləndirmənin imkanlarından səmərəli istifadə sahəsində fikir mübadiləsi aparılmışdır.

   Tədbirin sonunda şagirdlərin ifasında vətənpərvərlik duyğularının təbliğinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

   Görüşün növbəti mərhələsi Ucar və Göyçay rayonlarıının ümumtəhsil məktəblərində davam etdirilməsi nəzərdə tutulub.


Açar sözlər: