16.12.2019

Bilik yarışı keçirilib

    "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın aidiyyatı bəndlərini icra etmək məqsədilə Təhsil Nazirliyinin 28 yanvar 2019-cu il tarixli,

F-51 nömrəli əmrinə müvafiq olaraq Ucar rayonunun ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirlir.Tədbirlərin davamı olaraq dekabrın13-də Ucar şəhər 4 nömrəli tam orta məktəbdə rayonun 13 məktəbi: şəhər 1,2,3,4,5,6 nömrəli ,Alpout kənd 2 ,Qazyan kənd 2,Lək kənd 1 nömrəli,Müsüslü,Pirkənd,Küçəkənd,Xalac kənd tam orta məktəblərinin 4-cü sinif şagirdlərindən ibarət 13 komanda arasında Bilik yarışması keçirilib.Yarışın nəticələrinə görə şəhər 1 nömrəli məktəb-liseyin komandası I yerə,şəhər 6 nömrəli məktəbin komandası II yerə Müsüslü kənd tam orta məktəbin komandası III yerə,şəhər 4 nömrəli məktəbin komandası isə IV yerə layiq görülüb.

    Qeyd edək ki,yarışın hazırlanmasında Müsüslü kənd tam orta məktəbin coğrafiya müəllimi Əzizağa Əhmədovun böyük əməyi  olmuşdur.Əzizağa müəllimə və məktəblərin kiçik yarışmaçılarına gələcək işlərində uğurlar arzulayırıq.


Açar sözlər: