16.12.2019

Sınaq imtahanı keçirilib

       Dekabrın 14-də Təhsil Nazirliyi tərəfindən respublikanın bütün ümumtəhsil məktəblərinin, o cümlədən Ucar rayonunun ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanlarının II mərhələsi üzrə  sınaq imtahanları keçirilib.

    Ucar rayonu üzrə imtahan mərkəzləşmiş qaydada şəhər 1 və 5 nömrəli tam orta məktəblərində keçirilib.Ümumilikdə rayon üzrə sınaq imtahanlarında 912 nəfər şagirdi iştirak edib.İmtahanlar şəffaf şəraitdə keçirilmiş,heç bir neqativ hal qeydə alınmamışdır.


Açar sözlər: