17.12.2019

Maarifləndirmə tədbiri keçirilib

    Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün  Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının 7.2.2-ci yarımbəndinin icrası üzrə Ucar rayonunun ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirilir. 5,13 dekabr 2019-cu il tarixlərdə rayonun Yuxarı Şilyan kənd tam orta məktəbində bərk məişət tullantılarının idarə edilməsi sahəsində təhsilalanlar və  təhsilverənlər arasında maarifləndirmə işinin gücləndirilməsi istiqamətində təhsilalanlar arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin həyata keçirilməsi üzrə maarifləndirmə tədbirləri keçirilib. Maarifləndirmə tədbirindən sonra məktəblilər məktəbin həyətiyanı,ona yaxın ərazilərində təmizlik işləri aparılmış,1250kq bərk tulllantı toplanmışdır.

 


Açar sözlər: