16.12.2019

Dəyirmi masa keçirilib

    Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında Rayon Təhsil Şöbəsinin 2019-cu il üçün İş Planına uyğun olaraq 13.12.2019-cu il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib. 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı dahi şairin həyatı və yaradıcılığına, elmi-fəlsəfi görüşlərinə həsr edilmiş dəyirmi masada məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məlahət Seyidova tərəfindən hazırlanmışdır. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirin keçirilməsində məqsəd  dünyaşöhrətli şairin həyatı və yaradıcılığı haqqında şagirdlərə geniş məlumatların verilməsi ,dünyagörüşünün genişləndirilməsi olmuşdur.

 


Açar sözlər: