28.12.2019

"Qabaqcıl təhsil işçisi" döş nişanı təqdim olunmuşdur

    Ucar şəhər 4 nömrəli tam orta məktəbin direktor müavini Mahirə Hacıyeva pedaqoji sahədə səmərəli fəaliyyəti və məktəbin əldə olunan nəticələrinə görə Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun 04 oktyabr 2019-cu il tarixli K-1516 nömrəli əmri ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.Dekabrın 27-də Ucar Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı M.Hacıyevaya  təqdim edilib.Təqdimat mərasimində Rayon Təhsil Şöbəsinin əməkdaşları və məktəbin müəllim kollektivi iştirak edib.

    Ucar rayon təhsil işçiləri adından M.Hacıyevanı təbrik edir və ona gələcək işlərində uğurlar arzulayırıq.


Açar sözlər: