29.12.2019

UGİM-də Yeni il şənliyi

    Dekabrın 29-da Ucar rayonunun Uşaq- Gənclər İnkişaf Mərkəzində Yeni il və Həmrəylik günü münasibətilə tədbir keçirilib.Tədbirdə Mərkəzin dərnək üzvləri,Rayon Təhsil Şöbəsinin əməkdaşları və bir qrup valideyn iştirak edib.Şagirdlərin təqdim  etdiyi Yeni il əhvali- ruhiyyəli mahnı və rəqslər, vətənpərvərlik ,xalqımızın xoşbəxt gələcəyinə inam ruhunda söylənən şeirlər  iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.Şaxta baba və Qar qızın gəlişi isə tədbirə xüsusi rəng qataraq uşaqların  böyük sevincinə səbəb olub.


Açar sözlər: