29.12.2019

İbtidai sinif şagirdləri üçün ekskursiya təşkil olunub

    Dekabrın 29-da Ucar rayonunun Yuxarı Çiyni kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi Səidə Quliyevanın rəhbərliyi ilə 2-ci sinif şagirdləri rayon mərkəzində ekskursiyada olublar.Uşaqlar rayonun görməli yerlərini gəzmiş, Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyində olmuşlar.Onlar muzeylərdə rayonumuzun tarixi,tanınmış şəxsiyyətləri,flora və faunasını əks etdirən eksponatlarla tanış olublar.Şagirdlərdə daim vətənpərvərlik ,doğma el -obaya məhəbbət  hissi aşılamağa və onlara sevinc bəxş etməyə çalışan gənc müəllim S.Quliyevaya pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: