08.01.2020

Müşavirə keçirilib

    Yanvarın 8-də Ucar Rayon Təhsil Şöbəsinin akt zalında “2019-cu ilin yekunları və qarşıda duran vəzifələr “mövzusunda müşavirə keçirilib. Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları və  rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov müşavirəni açıq elan etdikdən sonra ,08 yanvar 2020-ci il tarixdə torpağa tapşırılan Ucar rayonunun  Alpı kənd sakini, hərbi xidmətini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Fərzəliyev Fərzəli Əlimövsüm oğlunun ,eyni zamanda torpaqlarımızın azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Məktəblərdə şəhid  Fərzəli Fərzəlıiyevin xatirəsinə həsr olunmuş guşələrin yaradılması ,vətənpərvərlik  mövzusunda toplantıların keçilrilməsi və şagirdlərə geniş  məlumatların  verilməsi tapşırılıb.

   Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov çıxışını davam etdirərək  2019-cu ildə təhsil sahəsində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.Qeyd olunub ki,Təhsil Şöbəsi tədris ili ərzində öz işini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə  Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini diqqət mərkəzində saxlamış,Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli , 261 nömrəli  əmri ilə təsdiq olunmuş”Təhsildə keyfiyyət ili” ilə bağlı  tədris ilinin əvvəlində nəzərdə tutulmuş inkişafyönümlü tədbirlərin bu dərs ilində də  davam etdirilməsi üçün Təhsil Nazirliyinin ”Prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli,F-550 nömrəli  əmrinə uyğun olaraq  tədbirlərin həyata keçirilməsini nəzarətdə saxlamış,il ərzində ümumi təhsil müəssisələrində  dərs  prosesi və dərsdənkənar vaxtlarda  Azərbaycan elminin ,ədəbiyyatının ,dövlətçiliyinin inkişafında müstəsna  xidmətləri olan tarixi şəxsiyyətlərin,Vətənimizin,torpaqlarımızın müdafiəsində qəhrəmanlıq göstərmiş şəxslər haqqında şagirdlər mütəmadi  məlumatlandırılmış ,milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi,təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından müvafiq tədbirlər həyata keçirilmişdir.

  Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov il ərzində təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd etməklə yanaşı,bəzi məktəblərdə aparılan monitorinqlər zamanı tədrisin və rəhbərliyin zəif həyata keçirildiyi aşkarlanan məktəblərin rəhbərlərinə göstərişlər vermiş ,fəaliyyətlərində ciddi  dönüş yaratmağın vacibliyini vurğulamış,qarşıda duran vəzifələr haqqında tövsiyə və tapşırıqlarını vermişdir.

 


Açar sözlər: