10.01.2020

Fəxri Fərmanlar təqdim olunub

    Ucar rayonunun şəhər 1 nömrəli məktəb- liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sveta Mikayılova və Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Vaqif Çərkəzov  gənc  nəslin təlim-tərbiyəsi və pedaqoji sahədə səmərəli fəaliyyətlərinə görə  Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunublar. 07,10 yanvar 2020-ci il tarixlərində Ucar Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Yeganə Süleymanova məktəb kollektivinin iştirakı ilə Fəxri Fərmanları təqdim edərək ,S.Mikayılovanı və V.Çərkəzovu Ucar Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilovun  və Şöbənin əməkdaşları adından təbrik etmiş ,gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.


Açar sözlər: