13.01.2020

Fənn olimpiadalarının rayon mərhələsi keçirilib

    Yanvarın 12-də Respublika fənn olimpiadalarının birinci- rayon mərhələsi keçirilib.

    Respublika fənn olimpiadalarının ölkə mərhələsi bütün şəhər və rayonlarda,o cümlədən Ucar rayonunda da keçirilib.Bir mərkəzdə təşkil olunmaqla,ümumilikdə rayon üzrə  415 nəfər IX-X-XI sinif şagirdi fənn olimpiadasında iştirak edib.

    Fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı,coğrafiya  fənləri üzrə keçirilib.Qeyd edək ki,olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi,onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması,bilik və bacarığı,eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

 


Açar sözlər: