14.01.2020

20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilir

    20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Ucar rayonunun bütün ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirilir.Yanvarın 13-də Ucar şəhər 3 nömrəli tam orta məktəbinin bir qrup şagirdinin müəlliminin iştirakı ilə rayon mərkəzində yerləşən Şəhidlər xiyabanına ziyarəti təşkil edilmişdir.Şagirdlər Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz haqqında məlumatlandırılıb,  onların Vətən qarşısında göstərdikləri şücaət və qəhrəmanlıqlardan söhbət açılıb.Qeyd edək ki, həmin tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Şairə İsayeva və UBTR Nərminə Rəşidova olub.


Açar sözlər: