15.01.2020

Qarabağ veteranları ilə görüş keçirilib

    Yanvarın15-də Ucar şəhər 5 nömrəli tam orta məktəbində Qarabağ veteranları ilə görüş keçirilib. Görüşdə məktəbin rəhbərliyi,valideynlər,bir qrup müəllim və şagird kollektivi iştirak ediblər.Tədbirdə  şagirdlər  Ermənistanın törətdiyi işğalçı siyasət nəticəsində Azərbaycanımızın dilbər guşəsi olan Qarabağ və onun ətrafında gedən qanlı döyüşlər zamanı xalqımızın qəhrəman oğul və qızlarının şücaəti və qəhrəmanlıqları haqqında   xatirələrilə tanış olublar. Müharibənin  iştiarkçıları tərəfindən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan şəhidlərimizin  tökülən qanlarının nahaq olmadığı qeyd edilmiş,tezliklə torpaqlarımızın azad olacağına inam ifadə olunmuşdur.

     Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub.


Açar sözlər: