17.01.2020

20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirilib

    Yanvarın 17-də 20 Yanvar faciəsi ilə əlaqədar Ucar rayonunun ümumtəhsil məktəblərində xüsusi dərslər, eyni zamanda şəhər 1,3,4,5, nömrəli,Qazyan kənd 1,2 ,3 nömrəli ,Pirkənd kənd tam orta, Yuxarı Çiyni ,Ramal kənd ümumi orta məktəblərində faciə ilə əlaqədar ədəbi-bədii tədbirlər keçirilib.Tədbirlərdə xalqımızın suverenliyi və torpaqlarımızın azadlığı uğrunda həlak  olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirlərdə qeyd olunub ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 30 il ötür.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib,xalqımız qanı bahasına da olsa,öz dövlət müstəqilliyinə  qovuşub.30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyətə,humanizmə,insanlığa qarşı həyata keçirlimiş dəhşətli  terror aktıdır.Bakıdakı 20 Yanvar hadisələrindən sonra  Azərbaycanın Moskvadakı  daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında  bu vəhşiliyi kəskin şəkildə pisləyib,əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokrtatiyaya, insanlığıa qarşı zidd aksiya adlandırıb.Vətən yolunda şəhidlik əsl qeyrət, hünər ,şərəf və ləyaqət  zirvəsidir.Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib  əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirirək  deyib:”20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün,Azərbaycan gəncləri üçün bir örnəkdir.Azərbaycanın bugünkü  nəsli də,gələcək nəsilləri də bu şəhidlərin  qəhrəmanlığından nümunə götürəcəklər.Azərbaycan xalqının azadlığını qorumaq üçün,müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar”.

Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər söylənilib,vətənpərvərlik mövzusunda kompozisiyalar nümayiş etdirilib.


Açar sözlər: