27.01.2020

“Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçirilib

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli 1279 nömrəli əmrinə uyğun olaraq,Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları  haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması ,onların mütaliəyə meyil və marağının daha da gücləndirilməsində ötən illərdə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin əhəmiyyətli rol oynadığını nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən bu tədbirlər artıq bir neçə ildir ki,davam etdirilir. 3 mərhələdə təşkil edilən  bu müsabiqənin  ölkə üzrə ikinci  mərhələsi cari ilin  yanvar-fevral aylarında keçiriliməsi nəzərdə tutulub. Qeyd edək ki,25 yanvar 2020-ci il tarixdə Ucar rayonunun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə şəhər 4 nömrəli tam orta məktəbdə müsabiqənin rayon mərhələsi keçirilib.Məktəb mərhələsinin qaliblərinin iştirak etdiyi bu mərhələdə 50 (əlli ) nəfər şagird iştirak edib.


Açar sözlər: