29.01.2020

Pedaqoji Şura iclasları keçirilib.

    Yanvarın 28-də Ucar şəhər 2 və 3 nömrəli tam orta məktəblərinin Məktəbyanı Pedaqoji Şura iclasları keçirilib. İclaslarda Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov və Şöbənin əməkdaşları iştirak ediblər.İclasda bir neçə məsələ ,o cümlədən I yarımilin yekunu və II yarımildə qarşıda duran vəzifələr,yarımil ərzində Təhsil Nazirliyinin əmr və göstərişlərindən irəli gələn məsələlərin icrası vəziyyəti,tədrisin keyfiyyəti məsələsi müzakirə edilib.

    Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov müzakirə olunan məsələlər ətrafında çıxış edərək müəllimlərin diqqətini tədrisin keyfiyyətinin yüksəldilməsi,fənn olimpiadalarında iştirak edəcək istedadlı şagirdlərlə müntəzəm əlavə məşğələlərin keçirilməsi,”Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi ,xüsusilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Bakı Dövlət Universitetinin 100 illik yubileyində proqram xarakterli çıxışında təhsil müəssisələri və təhsilalanlar qarşısında qoyulan mühüm vəzifələrin icrasından bəhs edərək tərbiyə işinin təkmilləşdirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinin zəruriliyinə yönəltdi.Pedaqoji kollektivlərin nümayəndələrini  təlim-tərbiyə prosesində daha fəal olmağa çağıraraq,tövsiyə və tapşırıqlar verilib.


Açar sözlər: