29.01.2020

Sertifikat təqdim olunub

    Ucar şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Abbasov Adil Azər oğlu və elmi rəhbəri  coğrafiya müəllimi Abbasova Fatma Beynəlxalq TRİZ layihəsində iştirak edərək Sertifikatla təltif olunublar. 28 yanvar 2020-ci il tarixdə şəhər 3 nömrəli tam orta məktəbdə Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov  tərəfindən Sertifikatlar təqdim olunub.Qeyd edək ki,A.Abbasov həmin layihədə “Mənim ideyam” adlı elmi işini təqdim edib. Həmin layihədə Azərbaycanın enerji təminatına dəstək olacaq yeni qurğunun hazırlanması ideyası irəli sürülüb.


Açar sözlər: