06.02.2020

Müsabiqənin qalibi

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2019-cu ilin sentyabr-dekabr aylarında ümumi təhsil müəssisələrində vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi keçirilib.

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü münasibətilə  keçirilən müsabiqəyə Ucar rayonunun ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri də qatılıblar.

    Rayonun Qazyan kənd 1№li tam orta məktəbinin XI sinif şagirdi Nağıyeva Kubra İlham qızının “Vətənə qurban vətən”mövzusunda hekayəsi müsabiqədə fərqləndiyinə görə Azərbaycan  Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Diplomu ilə təltif edilib.K.Nağıyevanı təbrik edir,gələcək işlərində uğurlar arzulayırıq.


Açar sözlər: