07.02.2020

Qəhrəmanlarımız anılır

    Fevralın 7-də  Ucar rayonunun ümumtəhsil məktəblərində ,o cümlədən şəhər 3,6 nömrəli, Qazyan kənd 3 nömrəli tam orta məktəblərində Milli qəhrəmanımız Mübariz İbrahimovun doğum günü qeyd edilib.Tədbirlərdə məktəbin müəllim və şagird kollektivləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları və valideynlər iştirak  ediblər.Ömrünün ən gənc çağlarında Vətən yolunda şəhid olan Mübariz İbrahimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Məktəblərdə yaradılan guşələrə əklil qoyulub,vətənpəvərlik və qəhrəmanlıq mövzusunda şeirlər söylənilib.Kompozisiyalar nümayiş etdirilib.

    Tədbirlərin keçirilməsində məqsəd şagirdlərə tariximizə qəhrəmanlıq salnaməsi yazan,Vətənin hər  qarış torpağı üçün canından keçən igid və qəhrəman oğullarımızı tanıtmaq,vətənpərvərlik ruhunun inkişaf etdirilməsi olub.


Açar sözlər: