08.02.2020

İntellektual yarış keçirilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyində proqram xarakterli çıxışına uyğun olaraq təhsil müəssisələrində təhsilalanların milli -mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi ,onlarda ölkəmizin tarixinə ,mədəniyyətinə bağlılıq ,fəal vətəndaş mövqeyinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.12.2019-cu il tarixli F-717/1 nömrəli əmrinin icrası ilə bağlı Ucar Rayon Təhsil Şöbəsinin təsdiq edilmiş Tədbirlər planı əsasında  rayonun ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirlir. Fevralın 6-da Qazyan kənd 3 nömrəli tam orta məktəbin UBT rəhbəri Aida İsayevanın təşkilatçılığı ilə məktəbdə 6,7,8-ci siniflər arasında"Tariximiz-dünənimiz,bu günümüz və sabahımız"adı altında intellektual bilik yarışı keçirilib .Tədbirdə məktəbin müəllim və şagirdləri ,valideynlər iştirak ediblər.Yarışın keçirliməsində məqsəd  Azərbaycanımızın işğal altında olan torpaqları,vətənimizin bütövlüyü uğrunda tariximizə qəhərmanlıq salnaməsi yazan Şəhidlər və Milli Qəhrəmanlarımız haqqında şagirdlərin məlumat səviyyəsini yoxlamaq və zənginləşdirməkdən ibarət olub.Yarışın qalibi 7-ci sinif şagirdləri olublar.


Açar sözlər: