12.02.2020

İmtahan keçirilib

    Fevralın 12-də Ucar şəhər 2 və 4 nömrəli tam orta məktəblərində istedadlı şagirdlər üçün yaradılmış xüsusi siniflərdə imtahan keçirilib. 7 və 8-ci siniflərdə keçirilən imtahanın məqsədi  şagirdlərin bilik səviyyəsini müəyyən etmək  olub.Ümumilikdə 93 nəfər şagirdin iştirak etdiyi  imtahan Təhsil Nazirliyi tərəfindən  xüsusi olaraq hazırlanan test nümunələri əsasında aparılıb.İmtahanın növbəti mərhələsinin cari ilin iyun ayında keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: