13.02.2020

Bədii əsərlərin müzakirəsi təşkil edilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BDU-nin 100illik yubileyi münasibətilə  keçiriliən mərasimdəki  proqram xarakterli nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı  Azərbaycan RespublikasıTəhsil Nazirliyinin 09.12.2019-cu il tarixli,F-717/1nömrəli əmrini rəhbər tutaraq rayonun ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirilir.Tədbirlərin davamı olaraq fevralın 13-də rayonun Qazyan kənd 3 nömrəli tam orta məktəbinin Uşaq Birliyi Təşkilatının rəhbəri Aida İsayeva  və məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aynur Əliyevanın təşkilatçılığı ilə bədii əsərlərin müzakirəsi təşkil edilib.Müzakirədə məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər. Azərbaycan ədəbiyyatına məhəbbət hissinin arırılması,mənəvi dəyərlərin inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə Q.İlkinin "İntiqam"  və E.Hüseynbəylinin "Firuzə qaşlı üzük" hekayələri müzakirə edilib.


Açar sözlər: