17.02.2020

"Sabahın alimləri"müsabiqəsinin iştirakçıları

    Şəhər 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri Əliyev Vüsal və Mehdiyev Əşrəf “Sabahın alimləri” IX Respublika müsabiqəsində iştirak edərək yazdıqları layihəyə görə ABŞ konsulluğu tərəfindən  “ Diplom”la mükafatlandırılıblar.  Qeyd edək ki,şagirdlər  riyaziyyat nominasiyası üzrə “Dəyişəni iki və daha çox modul daxilində olan tənliklərin intervallar üsulu ilə həlli” mövzusu üzrə müsabiqədə iştirak ediblər.Elmi rəhbər məktəbin riyaziyyat müəllimi Vəfa Əsgərova olmuşdur.

 


Açar sözlər: