17.02.2020

Tədbir keçirilib

    Ölkə Prezidentinin tövsiyələrinə uyğun olaraq təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli - mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi,onlarda ölkəmizin tarixinə,mədəniyyətinə bağlılıq,fəal vətəndaş mövqeyinin formalaşdırılması sahəsində kompleks tədbirlər həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.12.2019-cu il tarixli F-717/1 nömrəli və Ucar Rayon Təhsil Şöbəsinin 29.12.2019-cu il tarixli, 184 nömrəli əmri ilə təsdiq edilmiş Fəaliyyət planına uyğun olaraq 14.02.2020-ci il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və incəsənətinə məhəbbət hissinin aşılanması məqsədi ilə tədbir keçirilib.Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhəbbət Abdullayevanın təşkilatçılığı ilə hazırlanıb. Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirliən tədbirdə məktəbin xüsusi sinfi - VIIb sinif şagirdləri Azərbaycan dili, ədəbiyyatı, tarixi və incəsənətini əks etdirən şeir parçaları və musiqi nömrələri nümayiş etdiriblər.Tədbirin keçirliməsində məqsəd şagirdlərdə olkəmizin tarixi ,mədəniyyəti və incəsənətinə məhəbbət hissinin inkişaf etdirilməsi olub.


Açar sözlər: