19.02.2020

“MİLLİ  MƏNƏVİ  DƏYƏRLƏRİMİZ”

  Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyevin  Bakı  Dövlət  Universitetinin 100 illik  yubileyi  münasibətilə  keçirilən  mərasimdəki  nitqindən  irəli  gələn  vəzifələrin  icrası  ilə  bağlı  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  09.12.2019-cu  il  tarixli  F-717/1 nömrəli  əmrinə,  Ucar  şəhər  5 nömrəli  tam  orta  məktəbin  Tədbirlər  Planına  müvafiq  olaraq  19 fevral  2020-ci  il  tarixdə  “Milli  mənənvi  dəyərlər”  mövzusunda  tədbir  keçirildi.  Tədbirdə  məktəbin  müəllim  və  şagird  kollektivi  iştirak  etdi.  Məktəbin  direktoru,  dil-ədəbiyyat  müəllimləri  milli-mənəvi  dəyərlərimizlə  bağlı  şagirdlərə  ətraflı  məlumatlar  verdilər  və  bu  sahədə  Azərbaycan  Respublikasının  vitse  prezidenti,  Heydər  Əliyev  Fondunun  Prezidenti  Mehriban  xanım Əliyevanın  həm  ölkə daxili  və  həm  də  beynəlxalq  arenadakı  xidmətləri  qeyd  edildi.

  Tədbirin  keçirilməsində  əsas  məqsəd  məktəbdə  tərbiyə  işinin  təkmilləşdirilməsi,  şagirdlərin  milli-mənəvi  dəyərlər  və  vətənpərvərlik  ruhunda  tərbiyəsi,  onlarda  ölkəmizin  tarixinə,  mədəniyyətinə  bağlılıq,  fəal  vətəndaş  mövqeyinin  formalaşdırılması  sahəsində  kompleks  tədbirlərin  həyata  keçirilməsi  olmuşdur.


Açar sözlər: