20.02.2020

Ucar və Zərdab rayon sakinlərinin nəzərinə!

   Təhsil nazirinin müavini Firudin Qurbanov 28 fevral 2020-ci il tarixində saat 11:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar və Zərdab rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar və Zərdab rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
 

   Qəbula gəlmək istəyən vətəndaşlar 19-26 fevral (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.


Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Açar sözlər: