20.02.2020

"Himnimiz şeiri" üzrə açıq dərs keçirilib

Ölkə Prezidentinin tövsiyələrinə uyğun olaraq, təhsil müəsissələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəal vətəndaş mövqeyinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.12.2019-cu il tarixli F-717/1 nömrəli əmri və Ucar RTŞ-in 29.12.2019-cu il tarixli, 184 nömrəli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planına uyğun olaraq 19.02.2020-ci il tarixdə Ucar şəhər N.Gəncəvi adına 3 saylı tam orta məktəbində "Milli-mənəvi Dəyərlər" mövzusunda ibtidai sinif müəllimi Həsənova Şəlalənin Azərbaycan dili fənnindən Tofiq Mütəllibovun "Himnimiz şeiri" üzrə açıq dərsi keçirilmişdir.

Dərsin məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasıdır.