21.02.2020

“Beynəlxalq  Ana Dili Günü” münasibətilə tədbirlər keçirildi

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.02.2020-ci il tarixli, 05-14-208/13 nömrəli məktubunun icrası ilə bağlı  “Beynəlxalq  Ana Dili Günü” münasibətilə Ucar rayon ümumi təhsil müəsissələrində silsilə tədbirlər həyata keçirildi. Belə ki, şəhər  1, 2, 3, 45 nömrəli, Ə.Məmmədov adına Müsüslü kəndAlpout kənd 1 nömrəli tam orta məktəblərində doğma dilimizin şirinliyi, qədimliyi barədə söhbətlər açılıb, doğma dilimizdə yazıb-yaradan sənətkarların yaradıcılığı və dilimizin qorunması və inkişafında  böyük rolu olan Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətindən danışılıb. Həmçinin qeyd edildi ki, hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 
 

Daha sonra məktəblərdə şagirdlərin ifasında ədəbi-bədii kompozisyalar nümayiş etdirildi.


Açar sözlər: ,  ,