24.02.2020

“Müəllim izi” - Xeybər Hacıyev

Xeybər Hacıyev 1982-ci ildə ADPİ-nin riyaziyyat fakültəsini bitirib. İlk pedaqoji fəaliyyətinə isə Ucar rayonun Çiyni kənd tam orta məktəbində başlayıbdır.

1987-ci ildən Ucar şəhər 4 nömrəli tam orta məktəbində əvvəl direktor müavini, 2004-cü ildən müəllim kimi fəaliyyət göstərir.
 

Xeybər müəllim işlədiyi müddətdə dərs dediyi şagirdlərinə “SPARE” beynəlxalq məktəbli müsabiqəsində  və “Sabahın alimləri” Respublika müsabiqəsində elmi rəhbər kimi iştirak etmişdir. Həmçinin Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə keçirdiyi məktəblərin hazırladığı layihədə “Təlim resursları mərkəzi” adlı layihənin qalibi olmuşdur.

Xeybər müəllimin hər il onlarla məzunu ali məktəblərə yüksək balla qəbul olunmasında böyük xidməti olmuşdur.
 

Xeybər Hacıyev 2005-ci ildə dövlət tərəfindən əməyi yüksək qiymətləndirilərək respublika prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş,  2015-ci ildə “Əməkdar müəllim” adına layiq görülmüşdür.

Xeybər Hacıyev 2007-2008-ci dərs ilində “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olmuşdur. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 54 bal toplamışdır.


Açar sözlər: