26.02.2020

“Sabahı olmayan gecə” - Xocalı faciəsi

“Sabahı olmayan gecə” - Xocalı faciəsi Fevralın 26-da Ucar rayonunun bütün ümumi təhsil müəssisələrində, o cümlədən şəhər 1,2,3,4,5,6 nömrəli, Alpout kənd 1 və 2 nömrəli, Müsüslü, Rəstəcə, Qarabörk, Çiyni, Küçəkənd,Yuxarı Şilyan tam orta və Ramal kənd ümumi orta məktəblərində tarixə qanla yazılmış faciə, misli görünməmiş genosid kimi düşən Xocalı faciəsinin ildönümü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirildi. Faciənin 28-ci ildönümü ilə əlaqədar ümumi təhsil məktəblərində ilk dərs saatları Xocalı faciəsinə həsr edildi.
 

Məktəblilərdə faciə haqqında geniş məlumatlar verilib, həmin dövrü əks etdirən sənədli və bədii filmlər nümayiş etdirildi. Həmçinin şagirdlərin faciəyə həsr olunmuş rəsm işlərindən ibarət sərgilər də nümayiş etdirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik uğrunda tərbiyə olunması və xalqımızın başına gətirilən faciələri daha dərindən öyrənmələri olmuşdur.


Açar sözlər: ,