27.02.2020

“Mən bir gənc müəlliməm”  - Fidan Hacıyeva

“Mən bir gənc müəlliməm” layihəsinin ilk qonağı olan Fidan Hacıyeva 2010-cu ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirdikdən sonra elə həmin ilin noyabr ayından Göyçay şəhər 2 saylı orta məktəbində müddətli müqavilə ilə riyaziyyat müəllimi kimi işləmişdir.
 

2016-ci ildə MİQ imtahanında iştirak edən Fidan müəllimə 54 bal toplayaraq yaşadığı yerdən 48 km uzaq məsafədə yerləşən Ucar rayon Boyat kənd tam orta məktəbinə qəbul olunmuşdur.
 

Öz üzərində daima çalışan Fidan Hacıyeva 2018- ci ildə yenidən MİQ imtahanında iştirak edərək ən yüksək nəticə olan 60 bal toplayaraq respublikada riyaziyyat fənni üzrə birinci yeri tutmuşdur.

 

Mən bir gənc müəlliməm” layihəsinin keçirilməsində əsas məqsəd gənc, aktiv və müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərən müəllimləri ictimiyyətə təqdim etməkdir.

 


Açar sözlər: