14.05.2020

“İstiqlalımızın təməli ” mövzusunda inşa yazı müsabiqəsi

Ucar Rayon Təhsil Şöbəsi “28 May - Respublika Günü” münasibətilə rayonunun ümumtəhsil məktəblərinin IX - XI sinif şagirdləri arasında “İstiqlalımızın təməli ” mövzusunda inşa yazı müsabiqəsi elan edir.
        1. Müsabiqənin məqsədi:

Müsabiqə Ucar Rayon Təhsil Şöbəsinin Fəaliyyət planına əsasən məktəbliləri milli - mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədini daşıyır.
        2. Müsabiqənin şərtləri və keçirilmə qaydaları:

İnşa yazı müsabiqəsi Azərbaycan və rus dillərində Ucar rayonunun ümumtəhsil məktəblərinin IX - XI sinif şagirdləri arasında keçirilir.Rayonun şəhər məktəblərindən 2 , kənd məktəblərindən 1 qalib şagirdin inşa yazısı 2020-ci il may ayının 21-dək RTŞ-yə təqdim edilməlidir.
        3. Qaliblərin müəyyənləşdirilməsi:

İnşa yazıların həcmi minimum 250 – 300 söz olmalı, şagird dəftərində yazılmalıdır. Yazı işi 100 bal sistemi ilə qiymətləndiriləcək.
        Qiymətləndirmə zamanı aşağıdakı meyarlar nəzərə alınır:
a) Yazı işinin strukturu – 40 bal
b) Yazılı nitqin tərtibatı – 30 bal
c) Yazı savadı – 30 bal

        4. Qaliblərin mükafatlandırılması:

Qaliblər Ucar Rayon Təhsil Şöbəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.