21.05.2020

11-ci sinif şagirdləri üçün onlayn sınaq imtahanı

   Ucar Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə buraxılış siniflərində təhsil alan şagirdlərə dəstək məqsədilə mütamadi olaraq onlayn sınaq imtahanları təşkil olunur. Onlayn sınaq imtahanlarının davamı olaraq Ucar rayonun ümumi təhsil müəssisələrinin 11- ci siniflərində təhsil alan şagirdlər üçün 22 may saat 10:00-da yeni sınaq imtahanı keçiriləcəkdir. Sınaq imtahanında iştirak etmək üçün Ucar rayonunun ümumi təhsil müəssisələrinin elektron poçt ünvanlarına müvafiq keçid linkləri göndərilmişdir. Qeyd etmək istərdik ki,artıq üçüncü dəfə keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarının keçirilməsində məqsəd şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq və monitorinqin aparılmasıdır.

 

Aşağıdakı linklərdən istifadə edərək Ucar rayonun ümumi təhsil müəssisələrində təhsil alan 11-ci sinif şagirdləri imtahanda iştirak edə bilərlər.

 

11-ci sinif şagirdləri üçün sınaq imtahanında iştirak et (Xarici dil: İngilis dili)

11-ci sinif şagirdləri üçün sınaq imtahanında iştirak et (Xarici dil: Rus dili)