22.05.2020

Şagirdimiz "Virtual Əlaçı" seçildi

Təhsil Nazirliyinin Microsoft Teams proqramı üzərindən keçirdiyi V "Virtual Əlaçı" bilik yarışında Ucar şəhər 2N-li tam orta məktəbin X sinif şagirdi Murad Babayev "Virual Əlaçı" seçilib.

 

Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.
 

Qeyd edək ki, mayın 22-dən etibarən yeni VI "Virtual əlaçı" bilik yarışmasına start verilir və yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.


Açar sözlər: