12.06.2020

2019-2020-ci tədris ilinin virtual “Son zəng”i

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq.

İlk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra 3 ay ərzində  teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual "Son zəng"i 12 iyun saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin  XI siniflərini 80 646 şagird bitirəcək.