23.06.2020

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb”də

    Şagirdlərdə alqoritmik düşüncə və məntiqi təfəkkürün, eləcə də layihə qurmaq və icra etmək bacarıqlarının inkişafına xidmət edən “Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb” portalına inteqrasiya olunub. Sözügedən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

    “Rəqəmsal bacarıqlar” layihəsinə üzv olan məktəblərin müəllim və şagird heyəti “Virtual məktəb” portalında “More added apps” bölməsindən “Algorithmics” tətbiqini əlavə etməklə layihə üzrə fəaliyyətlərini birbaşa bu portalda davam etdirə bilərlər.

    Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi və 70 mindən çox şagirdi əhatə edib.  Layihə çərçivəsində informatika fənni yeni formatda tədris olunur, şagirdlər fənn üzrə interaktiv alətlərdən, 300-ə yaxın hazırlanmış teledərs və videodərs materiallarından yararlana bilirlər.

 


Açar sözlər: