24.05.2016

“Şəhidlik zirvəsi” adlı xatirə gecəsi keçirilib

       

23 may 2016-cı il tarixdə Ucar rayon Şahlıq kənd tam orta məktəbində “Şəhidlik zirvəsi “adlı tədbir keçirilmişdir.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhid ailələrinin üzvləri, Ucar Rayon Təhsil Şöbəsi və Rayon İcra Hakimiyyətinin nümayəndəsi, kənd ağsaqqalları, Qarabağ əlilləri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları məktəbin həyətində şəhidlərin şərəfinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymuş, əziz xatirələrini bir dəqiqəlik sükutla yad etmişlər. 

Sonra tədbir məktəbin akt zalında davam etdirildi. Məktəbin direktoru Anar Misirov tədbiri acıq elan edərək iştirakçıları və gələn qonaqları salamlamış, onların hər birinə tədbirdə iştirak etdikləri üçün öz təşəkkürünü bildirmışdir.

Azərbaycanın Dövlət Himni  ifa olunduqdan sonra  söz qonaqlara verildi. Onlar Azərbaycanımızın bugünkü vəziyyətindən danışaraq həmişə dövlətimizə, xalqımıza  dəstək olduqlarını bildirdilər, şəhidlərimizə Allahdan rəhmət dilədilər.

Sonra söz məktəbin şagirdlərinə verildi. Onlar torpaqlarımız uğrunda şəhid olmuş Azərbaycanın oğul və qızlarının keçdiyi şərəfli həyat və döyüş yollarından bəhs edərək, vətənpərvərlik ruhunda şerlər söyləmiş, mahnılar ifa etmişlər.

Şagirdlərin şerlərində vətənpərvərlik, vətənə məhəbbət öz əksini tapırdı. Şagirdlər xalq şairimiz Süleyman Rüstəmin “Ana və poçtalyon” şeri əsasında səhnəcikdə nümayiş etdirdilər.

Tarix müəllimi Elvin Abdulov Qarabağ müharibəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi, sərhəddə son günlərdəki vəziyyət haqqında danışdı.

 


Açar sözlər: ,