26.05.2016

28 May- Respublika günü münasibəti ilə tədbir keçirilmişdir

       25 may 2016-cı il tarixdə Ucar şəhər 5 nömrəli tam orta məktəbdə 28 May-Respublika gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.Konfransda Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin direktoru Hakim Nəcəfov Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti dövrü haqqında geniş məlumat verərək, M.Ə.Rəsulzadə, F.Xoyski, S.Mehmandarov kimi vətənpərvər oğullarımızın adlarının qəhrəmanlıqla dolu şanlı tariximizə qızıl hərflərlə yazıldığını  böyük iftixar hissi ilə qeyd etdi. Digər çıxış edən müəllim və şagirdlər Azərbaycan Demokratik mRespublikasının varisi olan müasir Azərbaycan Respublikasına Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatımız və dövlətçilik ənənələrimizin daha da möhkəmləndirilməsinə böyük töhfələr verildiyini vurğuladılar. Qeyd olundu ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin dünyada güclü və qüdrətli dövlətə çevrilmişdir. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şerlər söylənilmiş, kompozisiyalar nümayiş etdirilmişdirlər.


Açar sözlər: ,