01.06.2016

Erkən nigah,dini radikalizim və zərərli vərdişlər mövzusunda seminar keçirilib

        31 may 2016-cı il tarixində Ucar rayon Qazıqumlaq kənd 1 №-li tam orta məktəbdə Ucar Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mühafizəsi üzrə Komissiya və Ucar Rayon Polis Şöbəsi əməkdaşları məktəbin 9-11 siniflərində təhsil alan şagirdlərə seminar keçirdilər. Seminarın əsas mövzusu erkən nigah, dini radikalizim və zərərli vərdişlər idi. Tədbiri ilk öncə məktəbin direktoru Rəhim Rəhimov açaraq qonaqları salamladı və belə seminarların əhəmiyyətindən danışdı.Daha sonra Ucar Rayonu İcra Hakimiyyətinin Komissiyasının məsul katibi Şükür Məmmədov, məsləhətçi- psixoloq Sevil Zeynalova, Ucar Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis- leytenantı Xaqani Vahidov çıxışlar etdilər və şagirdləri  maraqlandıran sualları cavablandırdılar.


Açar sözlər: